“Azərbaycan Dəmir Yolları” əlavə qatar reysləri təyin edir

28.10.2025

Dogru.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını ödəmək məqsədilə 1 noyabrda Bakı-Ağstafa, 2 noyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təşkil edir.

Doğru.az xəbər verir ki, həmin istiqamətlər üzrə sərnişinlər gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səyahət edə bilərlər.

Biletlər dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə edilə bilər.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью