Azərbaycan Dəmir Yolları QSC Qəbələyə əlavə qatar reyslərinin sayını artıracaq | Icma.az
Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycan Dəmir Yolları "QSC (ADY) bayram günlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayını artırır.
Teleqraf.com xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları "QSC-nin mətbuat xidməti məlumat yayıb.
Belə ki, 31 dekabrda Qəbələdən Bakıya, 2 yanvarda isə Bakıdan Qəbələyə səfər etmək mümkün olacaq.
"30 dekabr-5 yanvar bayram günlərində Bakı-Qəbələ-Bakı qatarları hər gün (1 yanvar istisna olmaqla) hərəkətdə olacaq",- deyə məlumatda qeyd edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu