Azərbaycan Dəmir Yolları” QSCnin mətbuat katibi vəzifədən çıxarıldı

05.12.2024

Icma.az bildirir, Mia.az portalına istinadən.

"Azərbaycan Dəmir Yolları” QSC-nin mMətbuat katibi vəzifədən uzaqlaşdırılıb.
Mia.az bakivaxti.az-a istinadən xəbər verir ki, QSC-nin sədri Rövşən Rüstəmovun əmri ilə mətbuat katibi Sənubər Nəzərova tutduğu vəzifədən azad edilib.
Sənubər Nəzərovanın yeni iş yeri hələlik bəlli deyil.
Qeyd edək ki, S.Nəzərova bu vəzifəyə 5 dekabr 2022-ci ildə təyin edilmişdi.
Onu da bildirək ki, Sənubər Nəzərova daha əvvəl - 2013-2020-ci illərdə "SOCAR AQS” MMC-də İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью