Azərbaycan Dəmir Yolları sərnişin daşımalarında 16% artım qeydə alınıb

05.06.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

"Azərbaycan Dəmir Yolları" QSC bu ilin yanvar-may aylarında ötən ilin eyni dövrü (təqribən 3.9 milyon) ilə müqayisədə 16% daha çox sərnişin daşıyıb.

Bu barədə XQ-yə ADY-dən bildirilib.

Qeyd olunan dövrdə Abşeron dairəvi dəmir yolu ilə 4.3 milyona yaxın (+16%), rayonlararası marşrutlarla isə təxminən 240 min sərnişin (+21%) səfər edib.

Həmçinin ADY ilə səfər etmiş xarici turistlərin sayı 11 000 nəfəri ötüb ki, bu da ötən ilin eyni dövründən 6% çox olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью