Azərbaycan Dəmir Yolları sərnişindaşımanı 20 % artırıb

05.12.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin yanvar-noyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 7,6 milyondan çox sərnişin daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.

"Cebheinfo.az"  bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, təkcə Bakı-Qəbələ-Bakı marşrutu ilə səfər edən sərnişinlərin və xarici turistlərin sayında isə müvafiq olaraq 64 % və 33 % artım qeydə alınıb.

2023-cü ildə ADY dəmir yolları tarixində ilk dəfə olaraq 7 milyondan çox sərnişinin daşınmasını təmin edib.

"Cebheinfo.az" 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью