“Azərbaycan Dəmir Yolları”nda yeni təyinatlar olub FOTO | Icma.az

17.02.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinatlar olub.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, hüquq departamentinin müdiri Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub.

ADY-nin Hüquq departamentinin rəhbəri vəzifəsi isə bu departamentin müdir müavini Türkan Yusibovaya həvalə edilib.

Bundan başqa, ADY-də yeni yaradılmış Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin rəhbəri vəzifəsi Əsəd Məmmədova həvalə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью