“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan Sumqayıt xətti ilə bağlı açıqlama

17.10.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkəti hələ də bərpa edilməyib. Halbuki daha əvvəl ərazidə təmir işlərinin başa çatdığı və sərnişin qatarlarının yeni tədris ili ərəfəsində yenidən fəaliyyətə başlayacağı açıqlanmışdı.

Milli.Az xəbər verir ki, yerli sakinlər dəmir yolu xəttinin yenidən istifadəyə verilməsinin gündəlik gediş-gəlişlərini xeyli asanlaşdıracağını düşünürlər. Onların fikrincə, marşrutun bərpası həm Sumqayıtdan Bakıya, həm də Xırdalandan Sumqayıta gedən sərnişinlərin nəqliyyatla bağlı çətinliklərini azaldacaq və yolda itirilən vaxta qənaət etməyə şərait yaradacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, dəmir yolu infrastrukturunun texniki vəziyyəti xüsusi diaqnostika qatarı vasitəsilə mütəmadi olaraq yoxlanılır. Yoxlamalar zamanı Xırdalan-Biləcəri dəmir yolu sahəsindəki körpüdə də müəyyən nasazlıqlar aşkar edilib.

Qurumdan bildirilib ki, körpüdə aparılan işlər tamamlandıqdan sonra Xırdalan-Sumqayıt marşrutu üzrə sərnişin qatarlarının hərəkəti yenidən təşkil olunacaq.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью