Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır. Gələn həftə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assemblyasiyasının (Q
Turkustan.az-ın məlumatına görə, iclas Ermənistanda baş tutacaq.
Belə ki, 10-12 dekabr tarixlərində İrəvanda QDİƏT PA-nın 64-cü plenar iclası keçiriləcək.
Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 12 üzvü var.
QDİƏT-in Parlament Assambleyası isə üzv ölkələrin milli parlamentlərinin təmsil olunduğu qurumdur.
Parlament Assambleyası 1993-cü ildə təşkilatın əhatə etdiyi regionda siyasi stabilliyin möhkəmləndirilməsi məqsədilə yaradılıb.
Assambleya 70 üzvdən ibarətdir. Hər ölkədən gələn nümayəndə heyətinin sayı, ölkənin əhalisinin sayına proporsionaldır.
Azərbaycan da QDİƏT-in üzvüdür. Milli Məclisin deputatları QDİƏT PA-nın əvvəlki plenar iclaslarında aktiv iştirak edib.