Azərbaycan deputatları İrəvana gedir?

30.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İrəvanda dekabrın 10-12-si arası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclası keçiriləcək.

Globalinfo.az xəbər verir ki, Ermənistana tədbirdə iştirak üçün 10-dan çox ölkədən nümayəndənin gələcəyi gözlənilir.

“Hraparak” qəzeti isə yazır ki, Ermənistana həmçinin Türkiyədən də nümayəndələr gələ bilər. Bununla belə Azərbaycan tərəfinin hələlik görüşdə iştirak edib-etməyəcəyi bəlli deyil. Qəzet həmçinin iki ölkə arasında danışıqları “boş şey” adlandırıb, amma bunu nəyə əsaslanaraq yazdığını açıqlamayıb.

Qeyd edək ki, hazırda təşkilata sədrliyi Ermənistan edir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью