Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 1 dekabr, AZƏRTAC Misli Premyer Liqasının XV turunda üz-üzə gələn "Neftçi" və "Qarabağ" komandaları arasında derbi oyunu başa çatıb.AZƏRTAC xəbər verir ki, "Neftçi Arena"da keçirilən görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb."Qarabağ"ın heyətində qolları Leandro Andrade (2 qol) və Nəriman Axundzadə vurublar.Bu nəticədən sonra xallarını 37-yə çatdıran "Qarabağ" turnir cədvəlində liderliyə yüksəlib.
"Neftçi" isə 13 xalla 8-ci sırada qalıb.Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” “Səbail”ə, “Kəpəz” “Şamaxı”ya 1:0, “Zirə” isə “Sumqayıt”a 4:1 hesabı ilə qalib gəlib.
20:30 Misli Premyer Liqasının XV turunda "Neftçi" və "Qarabağ" komandaları arasında derbi oyununda üçüncü qol vurulub.AZƏRTAC xəbər verir ki, "Neftçi Arena"da keçirilən görüşün 55-ci dəqiqəsində Ağdam klubunun heyətində Leandro Andrade dubl edib.Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.
20:19 Misli Premyer Liqasının XV turunda "Neftçi" və "Qarabağ" komandaları arasında derbi oyununda ikinci qol vurulub.AZƏRTAC xəbər verir ki, "Neftçi Arena"da keçirilən görüşün 53-cü dəqiqəsində Ağdam klubunun heyətində Nəriman Axundzadə fərqlənib.Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.
20:07 Misli Premyer Liqasının XV turunda "Neftçi" və "Qarabağ" komandaları arasında derbi oyununda ikinci hissə başlayıb.AZƏRTAC xəbər verir ki, "Neftçi Arena"da keçirilən görüşün ilk yarısından sonra Ağdam klubu 1:0 hesabı ilə qalib gəlir.Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.
19:51 Misli Premyer Liqasının XV turunda "Neftçi" və "Qarabağ" komandaları arasında derbi oyununda birinci hissə başa çatıb.AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi "Neftçi Arena"da keçirilən görüşün fəsiləsinə 1:0 hesablı üstünlüklə yollanıb.Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.
19:34 Misli Premyer Liqasının XV turunda "Neftçi" və "Qarabağ" komandaları arasında derbi oyununda hesab açılıb.AZƏRTAC xəbər verir ki, "Neftçi Arena"da keçirilən görüşün 27-ci dəqiqəsində Ağdam klubunun heyətində Leandro Andrade fərqlənib.Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.