Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasında 8-ci tur davam edir.
Bizim.Media xəbər verir ki, ikinci oyun günüə nəzərdə tutulan matçlar artıq başa çatıb.
Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gəlib. Matç 3:3 hesablı heç-heçə ilə başa çatıb. Hazırda hər iki komandanın 17 xalı var. Paytaxt klubu topların daha yaxşı fərqinə görə ikinci, Ağdam klubu isə üçüncü yeri tutur.
Turun ilk qarşılaşmasında isə “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib. Görüş "Sabah"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.
Misli Premyer Liqası, 8-ci tur
17 oktyabr (şənbə)
19:00. “Qarabağ” - “Neftçi” - 3:3
Qollar: Qustavo Klisman, 11 (0:1), Aleksey Kaşuk, 18 (1:1), Qustavo Klisman, 34 (1:2), Saviç, 52 (1:3), Renaldo Sefas, 89 (2:3), Kadi Borqes, 90+3 (3:3)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev, Əli Əliyev (VAR), Pərvin Talıbov (AVAR)
Tofiq Bəhramov adına Respublika Stadionu
Bizim.Media