Icma.az, sport24.az portalına istinadən məlumat verir. Misli Premyer Liqasının 31-ci turunun ikinci oyun gününə paytaxtda yekun vurulacaq.
Sport24.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda əbədi və əzəli rəqibi "Neftçi"ni qonaq edir.
Hazırda bu komandalar fərqli durumda olsalar da Azərbaycan derbisinə maraq həmişə yüksək olub.
Cari mövsümdə ağdamlılar "ağ-qaralar"ı hər 3 matçda məğlub edib. "Qarabağ"dan xal ala bilməyən "Neftçi" qola da həsrətdir (0:4, 0:3, 0:1).
Qeyd edək ki, turun digər qarşılaşmaları - "Zirə" - "Sumqayıt" və "Şamaxı" - "Kəpəz" matçları sabah keçiriləcək.
Misli Premyer Liqası IV dövrə, XXXI tur 20:00. "Qarabağ" - "Neftçi" "Qarabağ": 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44.
Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9.
Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30.