Azərbaycan dəri istehsalını 51 faizdən çox artırıb

27.09.2025

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 39,8 min kvadratmetr emal edilmiş dəri istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,3 % çoxdur.

Bu il sentyabr ayının 1-nə olan vəziyyətə görə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 64,5 min kvadratmetr dəri istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 0,6 % çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью