Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-ci ilin dekabr ayında Azərbaycan dilində qarşılığı olan 33 xarici söz 14 televiziya kanalının aparıcıları tərəfindən ümumi olaraq 1366 dəfə istifadə olunub.
Sherg.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Bildirilib ki, Şura televiziya yayımında xarici sözlərdən istifadə ilə bağlı monitorinq aparıb, ümumölkə yerüstü və peyk yayımında olan 14 televiziya kanalının efiri süni zəka əsaslı proqram vasitəsilə yoxlanılıb.
"Monitorinq zamanı bədii filmlər, seriallar, tamaşalar və digər bədii əsərlər, həmçinin xarici vətəndaşların çıxışları nəzərə alınıb.
İlkin müşahidələr nəticəsində ən çox rast gəlinən xarici sözlərin istifadəsi yoxlanılıb.
Daha sonra həmin sözlərin siyahısı AMEA-nın Dilçilik İnstitutuna təqdim olunub, onların həqiqətən xarici söz kimi Azərbaycan dilində qarşılığının olub-olmamasının bildirilməsi xahiş olunub. Dilçilik İnstitutunun rəsmi rəyinə əsasən təqdim olunmuş sözlərdən 33-ü Azərbaycan dilində qarşılığı olan xarici söz kimi müəyyən edilib", - məlumatda qeyd olunub.