Azərbaycan dilinə daxil olan sözlər rədd edilməlidir Jurnalist

03.12.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Azərbaycan dili və Azərbaycan sözü fərqli anlayışlardır. Azərbaycan dili bir ərazidir. Azərbaycan sözü isə həmin ərazidə yaşayanlardır. Onun içində yerlilər də var, gəlmələr də var, qonaqlar da var. Kimisi qanuni şəkildə gəlir, kimisi oğurluqla daxil olur. Biz onları deport edirik. Prezident deyəndə ki, əgər bizdə bu söz varsa və onu almağa ehtiyac yoxdursa, onu gətirmək ya səhvdir, ya təxribatdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri REAL TV-nin rəhbəri, əməkdar jurnalist Mirşahin Ağayev "Sosial-siyasi elmlər müasir çağırışları fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər"  mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı qeyd etdi.

O əlavə etdi ki, Azərbaycan dilinə ölkə kimi yanaşsaq, çox məsələ aydınlaşar:

"Onların gömrüyü var - düz işləməlidir, sərhədi var - qorunmalıdır, qonaqlar düzgün yerləşdirilməlidir. Əgər qonaq özünü pis aparırsa, dilə “boğucu” təsir göstərirsə, o, kənarlaşdırılmalıdır. Azərbaycan dilinin qorunması ilk növbədə həmin tranzitin qorunmasıdır. Biz dilə tranzit kimi baxmalıyıq. Prezident İlham Əliyev deyəndə ki, andiçmə mərasimindən sonra bizim bir ailəmiz var, Türk ailəsi, bu o deməkdir ki, biz dilimizi həm də böyük Türk ailəsi üçün qorumalıyıq. Onun təmizliyini buna görə qorumalıyıq. Bunlar hamısı elmi-konseptual məsələlərdir".

M.Ağayevin sözlərinə görə, Milli Məclisdə çox ciddi bir qanun layihəsi müzakirə olundu və təəssüf ki, media da daxil olmaqla, həmin məsələnin sonuna qədər gedə bilmədik:

"Söhbət qan qohumları ilə evlənməkdən gedir. Bax, dilimizin ətrafında gedən proseslər də həmin prosesin bir hissəsi, bəlkə də davamıdır. Çünki qan qohumları ilə evlilik necə fəsadlar yaradırsa, bizə yaxın dövlətlərin, bizimlə eyni dildə danışanların dilimizə təsirinin də belə fəsadları ola bilər. Bu mənada mən düşünürəm ki, inteqrasiyadan qorxmaq lazım deyil. Azərbaycan dilinə daxil olmalı sözlər daxil olmalıdır. Azərbaycan dilinə soxulan sözlər isə rədd edilməlidir. Əgər biz qonaq dəvət ediriksə, buyursun, yeri var. Yox, dil işğalçı kimi daxil olursa, qarşısı alınmalıdır. O cümlədən 28 aprelin dilə yolu bağlanmalıdır. Azərbaycan dili heç vaxt özünü müdafiəsiz və mühafizəsiz hiss etməməlidir".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью