Azərbaycan dilinin banisi Azərbaycan dövlətidir Professor

30.01.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan dilinə münasibət milli kimliyin və vətəndaşlıq şüurunun əsas göstəricilərindən biridir.

Bakıvaxtı.az xəbər verir ki, bunu filologiya elmləri doktoru, akademik Nizami Cəfərov mədəniyyət konsepsiyasının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın düşüncə tərzini, psixologiyasını və mədəni davranış modelini əks etdirən əsas dəyərdir. Akademik bildirib ki, Azərbaycan dilinin banisi Azərbaycan dövlətidir. Onun sözlərinə görə, insanın gündəlik danışıqda sözə, ifadəyə, müraciət formasına diqqəti onun mədəni səviyyəsini ortaya qoyur.

Nizami Cəfərov qeyd edib ki, cəmiyyətdə tez-tez işlədilən sözlər, müraciət formaları və danışıq vərdişləri mədəniyyət göstəricisidir və bu göstəricilər zamanla milli kimliyin formalaşmasına təsir edir. Onun fikrincə, dilə biganə yanaşma gələcək nəsillərin milli şüuruna mənfi təsir göstərə bilər.

Akademik vurğulayıb ki, dilə münasibət yalnız emosional və ya mənəvi çağırışlarla deyil, hüquqi və sistemli yanaşma ilə tənzimlənməlidir. Əgər qanun real mexanizmlərlə işləmirsə, bu artıq formal sənəd olaraq qalır və nəticə vermir.

N.Cəfərov əlavə edib ki, bu sahədə ardıcıl, düşünülmüş siyasət aparılmadan davamlı nəticə əldə etmək mümkün deyil.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью