Icma.az, 525.az saytına istinadən bildirir. Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 3-də AMEA-nın 80 illik yubiley yığıncağındak
Dövlətimizin başçısı dilimizin saflığının qorunmasının hər bir azərbaycanlının vəzifəsi olduğunu deyib, Azərbaycan dilinin tədrisinin, o cüm
Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevlə budəfəki müsah
- Aqşin müəllim, Prezident İlham Əliyev son müsahibəsində dilimizin saflığının qorunması işinin peşəsindən asılı olmayaraq, hər bir azərbayc
Necə düşünürsünüz, dilimizin qorunması üçün əməli olaraq nələr edilməlidir?
- Prezident İlham Əliyevin çıxışlarında Azərbaycan dilinin saflığının qorunmasına və onun ölkə hüdudlarından kənarda da düzgün istifadəsinə xüsusi önəm verilməsi dilin Azərbaycan xalqının milli kimliyinin əsas rəmzi olduğunu ən yüksək səviyyədə təsdiqləyir.
Dilin müxtəlif səviyyələrdə qorunması, ana dilindən istifadənin təşviqi, onun beynəlxalq nüfuzunun artırılması, hüquqi və institusional müstəvidə statusunun möhkəmləndirilməsi, sosial inteqrasiya yolu ilə milli birlik rəmzinə çevrilməsi, qloballaşma şəraitində rəqabət qabiliyyətinin gücləndirilməsi, kənar risk və təhlükələrə qarşı qabaqlayıcı tədbirlərin görülməsi, rəqəmsal dil resurslarının vaxtında və məqsədyönlü şəkildə inkişaf etdirilməsi, eləcə də Azərbaycan dilinin xaricdə müstəqil elmi-tədqiqat obyektinə çevrilməsi ana dilimizin qarşısında duran əsas çağırışlar sırasında yer alır.
Hesab edirəm ki, bütün bu çağırışların fövqündə vətəndaş amili dayanır.