Azərbaycan Din Xadimlərinin Forumu keçiriləcək

09.12.2024

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Bu il dekabrın 22-23-də Azərbaycan Din Xadimlərinin Forumu keçiriləcək.
Bu barədə "Report"un sorğusuna cavab olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutacaq tədbir “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr olunub.
Vurğulanıb ki, foruma ölkənin müxtəlif bölgələrindən yüzdən çox din xadiminin, müxtəlif icmaların nümayəndələrinin qatılacağı gözlənilir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью