Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu il dekabrın 22-23-də Azərbaycan Din Xadimlərinin Forumu keçiriləcək.Bu barədə "Report"un sorğusuna cavab olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutacaq tədbir “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr olunub.Vurğulanıb ki, foruma ölkənin müxtəlif bölgələrindən yüzdən çox din xadiminin, müxtəlif icmaların nümayəndələrinin qatılacağı gözlənilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.