Azərbaycan diplomatları Silikon vadisində yeni açılmış məscidi ziyarət ediblər

02.02.2025

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Los-Ancelesdəki konsulluğunun diplomatları Silikon vadisində yeni açılmış Ərtoğrul Qazi məscidini ziyarət ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Kaliforniyadakı diplomatik nümayəndəliyinin mətbuat xidməti bildirib.

"Yeni açılmış Ərtoğrul Qazi məscidini ziyarət etməkdən şad olduq. [Türkiyənin] Dəyanət Vəqfi Silikon vadisi şöbəsinin səmimi qəbulu və qonaqpərvərliyinə görə ürəkdən təşəkkür edirik. Dolğun müzakirələrə görə icma üzvlərinə minnətdarıq", - Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomatlar Kaliforniyada ASALA terrorçularının qurbanı olmuş türkiyəli diplomatların xatirəsini yad etmişdilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью