Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan xarici ölkələrdən 29 min 594 ton ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar (dizel yanacaqları) idxal edib.
Yeniavaz.com xəbər verir ki, idxal olunan dizel yanacağının 1 tonunun orta gömrük dəyəri 686 dollar və ya 1 litri 98 qəpik təşkil edib.
Məlumat üçün bildirək ki, dizel yanacağı Azərbaycana əsasən iki ölkədən – Rusiya və Türkmənistandan idxal edilib.
Türkmənistandan 13 min 664 ton, Rusiyadan isə 15 min 875 ton dizel yanacağı gətirilib.
Türkmənistandan idxal olunan dizel yanacağının 1 litri 77 qəpik, Rusiyadan idxal olunan dizelin 1 litri isə 1,16 manat olub.
Onu da qeyd edək ki, eyni dövrdə Azərbaycandan xarici ölkələrə 347 min 32 ton dizel yanacağı ixrac edilib.
İxrac olunan dizelin 1 tonunun orta gömrük dəyəri 513 dollar və ya 1 litri 73 qəpik təşkil edib.