Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcısı

15.11.2024

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Azərbaycan rəqqasəsi, baletmeyster, Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcısı Xumar Zülfüqarovanın doğum günüdür.
Newscenter.az xatırladır ki, Xumar Zülfüqarova 1927-ci il, noyabrın 15-də Bakıda teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olub. O, 1945-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945–1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966–1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978–1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub.
Xumar Zülfüqarova 25 iyun 2017-ci ildə insult keçirmiş, 2 iyul 2017-ci ildə 89 yaşında vəfat etmişdir.
Anar Əliyev
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью