Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və SOCAR Green arasında memorandum imzalandı KONKRET

14.11.2024

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və SOCAR Green arasında ölkənin su ehtiyatlarının idarə olunmasında enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji layihələrinin tətbiqinin genişləndirilməsi məqsədi ilə Anlaşma memorandumu imzalanıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, memorandum Agentliyin əməliyyatlarında enerji istehlakı üzrə diaqnostikanın aparılması, ixtisaslaşmış dəstək üçün texniki məsləhətçilərin cəlb edilməsi, su ehtiyatlarının idarə olunması zamanı enerji səmərəliliyi tədbirlərinin və bərpa olunan enerji təşəbbüslərinin həyata keçirilməsi üçün yol xəritəsinin hazırlanması istiqamətində əməkdaşlıq edilməsi nəzərdə tutur.

Memorandum həmçinin Azərbaycanın milli, davamlı və dayanıqlı gələcək hədəflərini dəstəkləyəcək yeni layihələrinin tədqiqində hər iki qurumun ortaq marağını vurğulayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью