Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Gəl, Novruzum” adlı konsert proqramı təqdim edəcək

06.03.2025

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

14 mart 2025-ci il saat 19:00 baharın gəlişi, Novruz bayramı münasibətiylə Azərbaycan Dövlət Uşaq Filarmoniyası "Gəl, Novruzum" adlı konsert proqramı təqdim edəcək.

Konsertdə Dövlət Uşaq Filarmoniyasının "Şəms" uşaq xoru, "Musiqili Uşaq Teatrı", "Güləbatın" vokal sinifi, "Sədəf" xalq çalğı alətləri ansamblı və solistlər, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı və milli əhval-ruhiyyəli musiqi nömrələri ilə çıxış edəcək.

Biletləri iTicket.az saytından əldə edə bilərsiniz: https://iticket.az/ru/events/kids/come-my-novruz--/147070

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью