Azərbaycan Dövlət Yuğ Teatrında yeni premyera

14.11.2026

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Azərbaycan Dövlət Yuğ Teatrında çex dramaturq Karel Çapekin eyniadlı pyesi əsasında “Ana” tamaşasının premyerası keçirilib.

Kulis.az xəbər verir ki, janrı bir bölümlü dramatik sonata kimi təyin edilən səhnə əsərinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti isə İlahə Şahverənlidir.

Tamaşada doğmalarının itkisinin əzablarına qatlaşan ananın müharibə əleyhinə olan övladını qorumaq uğrunda apardığı mübarizə seyrçilərə təqdim olunur. Vətən müharibəsi dönəmində ölmüş ata, baba və övladlarının ruhları ilə əlaqəyə girən ana onların “sonbeşiyini döyüşə göndər” xahişlərinə əməl etməsə belə, axırda vətənin çağırışına tab gətirə bilmir və sonuncu ümidini müharibəyə yollayır.

Səhnə əsərində aktyorlar Mətanət Abbaslı, Amid Qasımov, Elgün Həmidov, Rahib Allahquliyev, İlahə Şahverənli və Atilla İbrahimli çıxış ediblər.

Qeyd edək ki, dövlət sifarişi əsasında hazırlanmış “Ana” tamaşasının növbəti premyerası 20 noyabr tarixində keçiriləcək. ‎

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr “Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı: Van Qoqun tablosu 180 milyona satıla bilər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью