Azərbaycan dünya çempionatında 14 idmançı ilə təmsil olunacaq

05.08.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avqustun 20-dən 23-dək Ekvadorun Quayakil şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan mötəbər yarışda 9 çəki dərəcəsində 14 idmançı (10 oğlan, 4 qız) ilə təmsil olunacaq.

Kollektivə yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Dünya çempionatında 61 ölkədən 459 idmançı (242 oğlan, 217 qız) mübarizə aparacaq.

Qızlar

-40 kq

Sunay Salamova

Zəhra Quliyeva

-44 kq

Pərvin Sevxanlı

-48 kq

Könül Eyvazlı

Oğlanlar

-50 kq

Fərid Rzazadə

-55 kq

Fərid Xudiyev

İbrahim Talıbov

-66 kq

İlkin Qarayev

-73 kq

Yusuf Nəzər

Sadiq Məmmədov

-81 kq

Ayxan Həsənli

Yaqub Məmmədov

-90 kq

Ömər Axundov

Nurəddin Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью