Azərbaycan dünya çempionatında 6 boksçu ilə təmsil olunacaq

07.03.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı keçiriləcək.

Fanat.Az xəbər verir ki, martın 8-16-da keçiriləcək mundailda Azərbaycan millisi də mübarizə aparacaq.

Yığmanın baş məşqçisi İlkin Ağayev yarışda Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayevaya (+81 kq) şans verəcək.

Dünya çempionatına bir gün öncə yollanan millimiz martın 17-də Bakıya qayıdacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью