Azərbaycan Dünya Millətlər Kubokuna 13 boksçu ilə qatılacaq

09.06.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

İyunun 10-da Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında keçiriləcək Dünya Millətlər Kubokunda iştirak edəcək Azərbaycan təmsilçiləri açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilir ki, U-17 komandasının baş məşqçisi Vaqif Kazımov, məşqçilər Teymur Məmmədov və Orxan Cəbiyev Vrbasda Aydın Şahbazov, Həsrət Məmmədov (hər ikisi 46 kq), Nihat Məmmədli (48 kq), Rüstəm Nəsibov (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Elcan Musazadə (54 kq), Əli Camalzadə (57 kq), Əli Abaslı (60 kq), Vəkil Qurbanov (63 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq), Şükar Əliyev (80 kq) və Mehran Rəsulova (+80 kq) şans verəcəklər.

Bu gün səfərə yollanan milli iyunun 15-də Bakıya qayıdacaq. Komandaya Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov rəhbərlik edəcək.

Yarışda final döyüşləri iyunun 14-də olacaq. Azərbaycanı turnirdə Fərhad Rəhmanov hakim kimi təmsil edəcək.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью