Azərbaycan dünyada üçüncü oldu Bu göstəriciyə görə

28.10.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov deyib. 

Azərbaycan xarici borcun ÜDM-dəki payına görə dünyada neçəncidir?

O bildirib ki, "World Economics"in statistikasına əsasən, bu göstəriciyə görə Azərbaycan dünyada ən yaxşı üçlükdədir:

"Söhbət xarici borc almaq potensialı olan dövlətlərdən gedir. Xarici borcun ÜDM-dəki payının bir rəqəmli olduğu ölkələrin sayı isə cəmi doqquzdur. Xarici borcun ÜDM-ə nisbətinin aşağılığına görə Azərbaycan Avropada ən yaxşı göstəriciyə malikdir. ÜDM-ə nisbətdə ən yüksək borc asılılığı Avropada Luksemburq, Malta və Kiprdədir. ÜDM-ə nisbətən daha çox borcu olan dövlətlər onluğunu Fransa qapayır. Fransada xarici borc ÜDM-dən 2,6 dəfə çoxdur".

"Azərbaycanın strateji valyuta ehtiyatları hazırda 89,4 milyard dollardır və xarici dövlət borcunu 20 dəfə üstələyir. Bu ölkə üçün möhkəm iqtisadi təhlükəsizlik yastığının olmasından xəbər verir", - deyə millət vəkili əlavə edib. 

Könül Vəliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью