Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Qlobal enerji problemləri ilə üzləşən Avropa İttifaqı qaz təchizatı və bərpa olunan enerji mənbələri ilə bağlı siyasətini şaxələndirir.
Bu kontekstdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında və “yaşıl” enerji ilə bağlı müzakirələr cari problemlərin həlli və perspektivli layihələrin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir.
Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Nazirlərin 11-ci Toplantısı və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü Nazirlər Toplantısı şübhəsiz, son dərəcə əhəmiyyətli idi.
Əvvəla, qeyd etmək lazımdır ki, Avropa İttifaqı ölkələri, xüsusən də Balkan yarımadası dövlətləri son illər, hətta demək olar ki, son aylarda enerji siyasətini xeyli aktivləşdiriblər.
Bu, qaz bazarında davam edən təzyiqlə bağlıdır və regionun enerji sabitliyinə əhəmiyyətli dərəcədə təsir etməkdə davam edir.
Eyni zamanda qiymətlərə təsir göstərir. Avropanın enerji təhlükəsizliyi mənzərəsi xüsusilə ənənəvi təchizat marşrutlarının pozulmasından son