Azərbaycan dünyanın taleyinə biganə olmadığını göstərdi | Icma.az
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın ev sahibliyi etdiyi, bütün dünyanın taleyini maraqlandıran COP29 tədbirinin mahiyyəti müəyyən dairələr və qərəzli insanlar tərəfindən kiçildilməyə çalışırdı.
Azərbaycan dövləti COP29 tədbirinə ev sahibliyi etməklə dünyanın taleyinə biganə olmadığını, bunun üçün əlindən nə gəlirsə etməyə çalışdığını göstərmək istədi.
Amma hesab edirəm ki, tədbirin uğurlu və ya uğursuz alınmasının mahiyyət etibarilə Azərbaycana dəxli yoxdur.
Azərbaycan ev sahibi kimi mühüm olan hər bir şəraiti yaratdı və hələ də bunun üçün tədbirin sonuna kimi əlindən gələni edir.
Amma tədbirdə alınan qərarların tətbiqindən sonra əldə ediləcək nəticələr COP29-un öz hədəfinə çatıb-çatmamasını göstərə bilər ki, bunun üçün də zamana ehtiyac var.
Azərbaycan dövlət kimi COP29-dan mənəvi qazancdan başqa heç nə əldə etmir.
Mənəvi qazanc dedikdə qonaqların rahat şəraitdə işləməsi, onların verəcəyi qərarların nəticələri Azərbaycan dövlətnin qazancıdır.
Tam oxu
Xəbəri oxu