Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Meydanəli Yolçiyev, YAP Daşkəsən rayon təşkilatının sədri Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), ekoloji problemlərin həlli, qlobal iqlim siyasəti və beynəlxalq əməkdaşlıq sahəsində mühüm irəliləyişlərə imza atdı.
Bu sessiya, iqlim dəyişikliyi ilə mübarizədə daha effektiv yanaşmaların tətbiqinə, həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulmasına şərait yaratdı.
Mötəbər tədbirdə, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəni dəstəkləmək məqsədilə İtki və Zərər Fondu tamamilə işə salındı.
Bu fond, iqlim dəyişmələrindən ən çox təsirlənən, xüsusilə kiçik ada dövlətləri və inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyi təmin edəcək.
Eyni zamanda, karbon bazarının 6-cı maddəsinin işlək vəziyyətə gətirilməsi, qlobal iqlim maliyyəsinin genişləndirilməsinə kömək edəcək.
COP29-da, inkişaf etməkdə olan ölkələr üçün yeni maliyyə hədəfi müəyyən edildi.
2035-ci ilə qədər bu ölkələrə ildə 300 milyard ABŞ dolları məbləğində maliyyə dəstəyi veriləcək.