Azərbaycan ədəbiyyatına aid əlyazmalar aşkarlandı

14.09.2026

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Macarıstan Elmlər Akademiyasının Əlyazmalar və Əski Kitablar bölməsində Azərbaycan ədəbiyyatı və elm tarixinin görkəmli nümayəndələrinə aid qiymətli əlyazma nümunələri aşkarlanıb.
Kulis.az xəbər verir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun Budapeştə səfəri zamanı apardığı araşdırmalar nəticəsində Akademiyanın Şərq Əlyazmaları bölməsində Nizami Gəncəvi, Xaqani Şirvani, Mahmud Şəbüstəri, Nəsirəddin Tusi, Sam Mirzə, Saib Təbrizi və digər Azərbaycan ədəbiyyatı və elm xadimlərinin yaradıcılığı ilə bağlı nadir mənbələr müəyyənləşdirilib.
Araşdırma zamanı orta əsrlər kitab mədəniyyətinin diqqətəlayiq nümunələrindən biri olan əlyazma aşkarlanıb.
Əlyazmada müxtəlif ədəbi nümunələrlə yanaşı, Səfəvilər dövrünün miniatür sənətinə aid bir sıra qiymətli əsərlər yer alır.
Miniatürlərin Sultan Məhəmməd məktəbinə mənsub rəssamların yaradıcılığı ilə əlaqəli olduğu bildirilir.
Bundan başqa, ensiklopedik alim Nəsirəddin Tusinin indiyədək məlum mənbələr sırasında yer almayan risaləsinin XVIII əsrin əvvəllərində türkcəyə edilmiş tərcüməsi tapılıb.
Əlyazmada müxtəlif əsərlərlə yanaşı, Şirvan tarixinə dair salnamə, Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin türkcəyə iki tərcüməsi və digər qiymətli mətnlər də yer alır.
Akademik Rafael Hüseynov araşdırmalar zamanı müəyyənləşdirilən əlyazmaların elektron surətlərinin hazırlanmasına dəstək göstərən Macarıstan Elmlər Akademiyasının Şərq Əlyazmaları bölməsinin əməkdaşları Anna Stumpf və Yudit Yablonkaya təşəkkür edib.
Qeyd edək ki, 200 illik yubileyini qeyd edən Macarıstan Elmlər Akademiyasında Əlyazmalar və Əski Kitablar bölməsinin zəngin kolleksiyası əsrlər boyu Macarıstanın elmi, mədəni və intellektual tarixini əks etdirən çoxsaylı mənbələri özündə birləşdirir.

Cem Yılmaz əməliyyat olundu Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi” Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью