Azərbaycan Əfqanıstanda beynəlxalq görüşdə iştirak edəcək

15.06.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Əfqanıstanın paytaxtı Kabildə iyunun 16-da Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın nümayəndələrinin iştirakı ilə regional görüş keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə "ToloNews" Əfqanıstanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.

Bildirilib ki, tədbirdə Özbəkistan, Türkmənistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Azərbaycanın nümayəndələri iştirak edəcək.

Görüşün gündəliyinə regional təhlükəsizlik və sabitlik, iqtisadi əməkdaşlıq, eləcə də regional qarşılıqlı bağlılığın genişləndirilməsi məsələləri daxil ediləcək.

Əfqanıstan XİN-dən qeyd edilib ki, tədbirin məqsədi regional qarşılıqlı fəaliyyətin gücləndirilməsi və region ölkələri arasında ticarət, tranzit və investisiyaların genişləndirilməsi imkanlarının öyrənilməsidir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью