Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda pərakəndə ticarət şəbəkəsində əhalinin xərclədiyi vəsait 57,5 milyard manatı ötüb.
“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında istehlakçılar pərakəndə ticarət şəbəkəsində ümumilikdə 57 milyard 523,4 milyon manat xərcləyiblər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz çoxdur. İnternetdən sifariş
Xərclənən vəsaitin 31 milyard 58,6 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 26 milyard 464,8 milyon manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.