Icma.az, Modern.az portalına istinadən məlumat verir.
2025-ci ilin yanvar-oktyabr aylarında əhalinin sayı 32109 nəfər və ya 0,3 faiz artıb.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
2025-ci il noyabr ayının 1-i vəziyyətinə əhalinin sayı 10 256 998 nəfərə çatıb.
Qeyd edilib ki, ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.