Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 560,4 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 10 ayı ilə müqayisədə 21,2 % çoxdur.
Ötən 10 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 57 milyard 523,4 milyon manatlıq, o cümlədən 31 milyard 058,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 464,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 %, qeyri-ərzaq malları üzrə 6,6 % artıb.