Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda 2025-ci ildə əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 14 milyard 956,7 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 9% artım deməkdir.
Ölkə.Az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumatlara görə, dövlət sektorunun pullu xidmətlərdə payı 3 milyard 319,3 milyon manat (artım 8,5%), özəl sektorun payı isə 11 milyard 637,4 milyon manat (artım 9,1%) təşkil edib.
Hesabat dövründə hüquqi şəxslər əhaliyə 11 milyard 236,3 milyon manat (ümumi xidmətlərin 75,1%-i) dəyərində xidmət göstərib, fiziki şəxslər isə 3 milyard 720,4 milyon manat dəyərində xidmət göstəriblər.
Son bir ildə ölkə sakini orta hesabla 1460,1 manata müxtəlif pullu xidmətlərdən istifadə edib ki, bu da nominal ifadədə 2024-cü illə müqayisədə 197,2 manat çoxdur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.