Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-may aylarında avtomobil benzini və dizel yanacağının alınmasına 1 milyard 631 milyon manat xərc çəkilib.
Banco.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, illik müqayisədə 5,4% artım deməkdir.
Əhalinin son 5 ildə yanacaq xərcləri artmaqda davam edib. 5 ildə (yanvar-may dövrü) ümumi yanacaq xərci isə 6 milyard 565 milyon manata bərabər olub:
İllər (Yanvar-may ayları)
Yanacaq xərcləri
2026
1 milyard 631 milyon manat
2025
1 milyard 466 milyon manat
2024
1 milyard 252 milyon manat
2023
1 milyard 180 milyon manat
2022
1 milyard 36 milyon manat
Bizi sosial şəbəkələrdən izləyin!!