Azərbaycan əhalisinin banklardakı əmanəti Azalıb, yoxsa çoxalıb?

12.05.2025

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda əhalinin banklarda olan əmanətləri 1 il ərzində 2 milyon manata yaxın artıb.

Beynəlxalq Valyuta Fondundan Lent.az-a verilən məlumata əsasən, bu ilin aprel ayının 1-nə olan statistikaya əsasən, əhalinin (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin əmanətləri də daxil olmaqla) banklarda  15 milyon 74 min manat məbləğində vəsaiti var. 

Bu rəqəm cari ilin yanvar ayının 1-də 14 milyon 661,9 min manat civarında idi. 

Ötən ilin aprel ayının 1-nə olan statistikaya əsasən, əhalinin banklarda 13 milyon 150,5 min manat vəsaiti olub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью