Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

30.11.2024

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin III rübündə Azərbaycan əhalisinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksi 2023-cü ilin eyni rübü ilə müqayisədə 10 faiz bəndi artaraq 23 % təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib.

Məlumata görə, bu, II rüb ilə müqayisədə dəyişməyib.

Sorğuya əsasən, respondent bankların 75 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25 %-i isə orta dərəcədə artım olduğunu bildirib.

Qeyd edək ki, əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksinin ən yüksək göstəricisi 2022-ci ilin II rübündə (29 %) olub.

Xatırladaq ki, bu il noyabrın 1-nə Azərbaycan bank sektorunda istehlak kreditlərinin həcmi illik müqayisədə 22,6 % artaraq 8 milyard 277,8 milyon manata çatıb.
Hesabat dövründə vaxtı keçmiş istehlak kreditlərinin həcmi 256 milyon manat olub ki, bu da, 2023-cü ilin eyni dövrünə nisbətən 26,6 % çoxdur.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью