Azərbaycan əhalisinin sayı açıqlandı

18.11.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

2024-cü ilin yanvar-sentyabr aylarında əhalinin sayı 33671 nəfər və ya 0,3 faiz artaraq 2024-cü il oktyabrın 1-i vəziyyətinə 10 214 441 nəfərə çatıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumatı yayıb.

9 ay ərzində doğumların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 77172 doğulan körpə qeydə alınıb. 

Əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,0 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,0 faiz olub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью