Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az-ın xəbərinə görə, bunu Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını bildirib:
Bu hədəfin reallaşması Azərbaycana nə qədər valyuta gətirəcək?
"2025-ci ildə dəmir yolları vasitəsi ilə daşınan 16 milyon 813 min ton yükün 14 milyon 269 min tonu beynəlxalq yükdaşımaların payına düşüb. Onun 6 milyon 695 min tonu birbaşa tranzit yüklər olub. İdxal yükləri 4 milyon 723 min ton, ixrac isə 2 milyon 850 min ton olub. Dəmir yolları üzrə yük daşınmasından əldə olunan gəlir 383 milyon 996 min manat təşkil edib. Onun da 333 milyon 911 min manatı beynəlxalq yükdaşımaların payına düşüb".
Millət vəkilinin sözlərinə görə, 2025-ci ildə hava nəqliyyatı vasitəsi ilə yükdaşımalardan əldə edilən gəlir 2 milyard 398 milyon manat olub ki, onun da 2 milyard 397 miilyon manatı beynəlxalq yükdaşımaların payına düşüb: "Ötən il beynəlxalq yükdaşımalardan dəniz nəqliyyatı üzrə 57 milyon 382 min, boru kəmərləri üzrə 266 milyon 560 min, avtomobil yolları üzrə 204 milyon 275 min manat gəlir əldə edilib".
"Rəsmi rəqəmlər göstərir ki, ötən il beynəlxalq yükdaşımalardan əldə edilən gəlir 3,3 milyard manat olub. Bu o deməkdir ki, Azərbaycan Prezidenti tərəfindən müəyyənləşdirilmiş hədəfin reallaşması Azərbaycanın il ərzində beynəlxalq yükdaşımalardan 5 milyard manatdan çox gəlir əldə etməsinə imkan yaradacaq. Bu iqtisadiyyatın şaxələndirilməsinə dəstək olmaqla yanaşı, Azərbaycan dövlət gəlirlərinin və xüsusən valyuta daxillolmalarının artmasına şərait yaradacaq", - deyə V. Bayramov qeyd edib.
Könül