Azərbaycan elektrikli avtomobil idxalını azaldıb

17.12.2025

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-noyabr aylarında 1 861 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bu ilin 11 ayında ölkənin elektromobil idxalının dəyəri isə 55 milyon 285 min dollar olub. 2025-ci ilin yanvar-noyabr aylarında elektromobil idxalı 2024-cü ilin eyni ayları müqayisədə miqdar baxımından 1 010 ədəd, dəyər ifadəsində isə 59 milyon 507 min dollar və ya 51,8% azalıb.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 2 871 ədəd, dəyəri 114,8 milyon dollar təşkil edib.

Ən yüksək faiz verən depozit hansı bankdadır?

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью