Azərbaycan əlifbasında dəyişiklik ediləcək? AÇIQLANDI

12.09.2026

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Özbəkistan parlamentinin yuxarı palatası latın qrafikası əsasında özbək əlifbasının strukturunu dəyişən qanun qəbul edib. Yeni standarta əsasən, özbək əlifbası 26 hərf və 3 hərf birləşməsi əvəzinə 28 hərf və 1 apostrofdan ibarət olacaq. Zaman-zaman Azərbaycanda da əlifba islahatları ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Ümumiyyətlə, bizim əlifbamızda hansı dəyişikliklər edilə bilər və ya edilməlidir? Məsələn, apostrofun bərpası nə dərəcədə mümkündür, ümumiyyətlə, lazımdırmı?

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutinun Toponimika şöbəsinin müdiri, dosent Elçin İsmayılov Azərbaycan əlifbasında hər hansı dəyişikliyin edilməsinə ehtiyac yoxdur deyib.

“Apostrofun bərpasına da ehtiyac görmürəm. “Sağır nun” və “iş” səsləri isə müstəsna hallarda onsuz da yazıla bilir. Bu baxımdan, mövcud əlifbanın imkanlarından istifadə etmək mümkündür. Ortaq türk əlifbası ilə bağlı da artıq qərar qəbul edilib. Hesab edirəm ki, həmin əlifbanın imkanlarından da istifadə etmək olar”.

Dosent bildirib ki, əlifbanın tez-tez dəyişdirilməsi artıq keçmişdə qalıb:

“Əsas məqsəd bundan sonra əlifbanın sabitliyini qorumaq və yenidən dəyişikliklərə yol verməmək olmalıdır. Bununla yanaşı, hesab edirəm ki, köhnə əlifbanı, o cümlədən kiril qrafikasını da öyrənməliyik. Xüsusilə ərəb qrafikası əsasında formalaşmış köhnə əlifbanın öyrənilməsi vacibdir. Çünki tariximizə və keçmişdə yazılmış mənbələrə çıxış baxımından bu biliklərin əhəmiyyəti böyükdür”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью