Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Aqrar elmləri üzrə fəlsəfə doktoru Teymur Cəlal oğlu Kərimov vəfat edib.
Avtosfer.az xəbər verir ki, o, ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, T.Kərimov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin baş elmi işçisi vəzifəsində çalışırdı.
T.Kərimov 1940-cı ilin 10 dekabrında Quba rayonunun İsnov kəndində anadan olub. 7 illik kənd məktəbini bitirdikdən sonra Quba kənd təsərrüfatı texnikumunun meyvə-tərəvəzçilik şöbəsini bitirib, Azərbaycan ETB və SBİ Quba Bağçılıq təcrübə stansiyasında fəhlə işləyib. Hərbi xidmətini başa vurduqdan sonra 1964-cü ildən Azərbaycan Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər Elmi-Tədqiqat İnstitutunun aqrokimya laboratoriyasında aqrotexnik vəzifəsində çalışıb.
1970-ci ildə Azərbaycan KTA-nın aqronomluq fakultəsini alim aqronom ixtisası ilə bitirib. 1975-1986-cı illərdə Az.ETB və SBİ-da kiçik elmi işçi işləmiş və Az.ETB və SBİ-nin aspiranturasını bitirib. 1988-ci ilin noyabr ayında Tbilisi ETBİ-da meyvəçilik ixtisası üzrə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi adına layiq görülüb. Ümumilikdə, 62 ildən artıq iş staja malik olub. 45 elmi əsərin, o cümlədən 31 elmi məqalə, 3 təlimat, 1 tövsiyə, 3 kitabça və 2 kitabın müəllifidir.//nocomment.az