Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Alim, Əməkdar müəllim, professor Həsən Feyziyev 88 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, H.Feyziyev bu gün səhər saatlarında dünyasını dəyişib.
H.Feyziyev 1936-cı ildə anadan olub. Bakı Energetika Texnikumu və Azərbaycan Neft və Kimya İnstitutunu fərqlənmə ilə bitirib, elmi fəaliyyət
1980-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə edib və 1982-ci ildə professor elmi adına layiq görülüb.
AzMİU-nun inkişafında və istilik təchizatı, istilik texnikası sahəsində dünya miqyaslı elmi nailiyyətlərin əldə edilməsində əvəzsiz xidmətlər göstərib.
O, 1978-ci ildən başlayaraq Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, daha sonra isə Azərbaycan Memarlıq və İnşaat Universitetində “İstilik təchizatı və istilik texnikası” kafedrasına rəhbərlik edib, 2012-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərib.
Onun rəhbərliyi altında həyata keçirilmiş elmi-tədqiqat işləri və layihələr bir çox ölkələrdə tətbiq edilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.