Azərbaycan elminin biliklər xəzinəsi | Icma.az
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mərkəzi Elmi Kitabxana – 100 Bu gün Azərbaycanda kitabxanalar geniş və çoxşaxəli şəbəkə şəklində fəaliyyət göstərərək müxtəlif funksional kateqoriyalara bölünür.
Onlar yalnız informasiya mənbəyi kimi deyil, həm də maarifçilik, təhsil və mədəni inkişafın aparıcı dayaqları qismində çıxış edirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) isə ölkənin elmi ictimaiyyəti, xüsusilə alimlər və tədqiqatçılar üçün mühüm informasiya təminatı mərkəzidir.
Bir əsrlik fəaliyyəti dövründə MEK keçmişlə gələcək arasında körpü rolunu oynayan nüfuzlu elm ocağına çevrilmişdir.
Bu mənəvi xəzinənin əsası 1925-ci il avqustun 19-da Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Mərkəzi Şurasının qərarı ilə yaradılmış Kitabxana-Biblioqrafiya Bürosu kimi qoyulmuşdur.
Məqsəd elmi materialların sistemli şəkildə toplanması, işlənməsi və biblioqrafik təsnifatının təmin edilməsi olmuşdur.
MEK hazırda respublikanın ən zəngin kitabxana fondlarından (1 milyon yarımdan çox) birini idarə edir.
Tam oxu
Xəbəri oxu