Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident yanında Ali Attestasiya Komissiyası səkkiz nəfərə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina etməsinin səbəbini açıqlayıb.
Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Komissiya tərəfindən elmi dərəcələrin verilməsindən imtina barədə qəbul edilən qərarlar müvafiq elm sahələri üzrə ekspert şuralarının tövsiyələri əsasında və aşağıdakı səbəblərlə bağlı olur: dissertasiyalarda müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə edilməsi (plagiat); dissertasiya müdafiələri zamanı prosedur pozuntularına yol verilməsi; dissertasiyalarda müvafiq elm sahəsində böyük əhəmiyyət kəsb edən problemin yeni həllinin təklif olunmaması; böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhinin verilməməsi; hər hansı bir elmi məsələnin (problemin) əsaslandırılmış qoyuluşunun verilməməsi; dissertasiyaların iddiaçıların müstəqil elmi işi olmaması və s.
Qurumdan o da bildirilib ki, Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutur.
Qeyd edək ki, Prezident yanında Ali Attestasiya Komissiyasının məlumatına görə, bu ilin birinci yarısı 98 nəfərə fəlsəfə doktoru, 8 nəfərə isə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilib.
Elmi mühit korlanıb "Səkkiz nəfərə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi xəbəri elmi mühitin korlanmasından xəbər verir.
Amma bu həm də onu göstərir ki, artıq Prezident yanında Ali Attestasiya Komissiyası elmi əxlaqa yad olan işlərlə mübarizəyə start verib.
Bu çox müsbət addımdır. Çünki, elmi mühitin sağlamlaşması vacib məsələdir".Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Gənc Alim, Do