Azərbaycan əmtəəlik səmt qazı hasilatını 22 faizdən çox artırıb

04.08.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin birinci yarısında Azərbaycanın neft yataqlarından 7 864,17 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 6,5% çoxdur.

525.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 2 530,77 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 22,6% çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycanın neft yataqlarından 15 416,22 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,1% çoxdur.

2025-ci ildə Azərbaycanda istehsal edilən səmt qazının 4 022,57 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 5,33% çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью